NİDA üzvü 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib 16 Yanvar 2017 02:00 Hüquq Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən NİDA Vətəndaş Hərəkatının üzvü Elgiz Qəhrəmanlının cinayət işi üzrə məhkəmə iclası başa çatıb. "Report"un xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə E.Qəhrəmanlı 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, E.Qəhrəmalı Cinayət Məcəlləsinin 234. 4.3-cü maddəsi (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham olunub. / Teqlər : #NİDA üzvü 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru AİP ömrünün 62-cı ilini zindanda qarşılayan seyyid ruhani alimi təbrik etdi NİDA üzvünə 30 sutka inzibati həbs cəzası verilib