Nəbil Rəcəb haqqında  5-il həbs qərarı çıxarıldı

Nəbil Rəcəb haqqında 5-il həbs qərarı çıxarıldı

-- Səudiyyə Ərəbistanın Yəmənə qarşı təcavüzünü pislədiyi üçün

Bəhreyn İnsan haqları mərkəzinin sədri Nəbil Rəcəb haqqında  5-il həbs qərarı çıxarıldı. 
 
Maide.Az beynəlxalq KİV-lərə istinadən xəbər verir ki, Bəhreyn məhkəməsi iyun ayının  5 -də Nəbil Rəcəb barəsində  5 il həbs qərarını təsdiqləyib. " 5 il həbs cəzası N.Rəcəbin öz tvitter səhifəsində Səudiyyə Ərəbistanın Yəmənə qarşı  təcavüzünü  və Bəhreyn rejim məhkəmələrinin fəallara qarşı zorakılıqları  tənqid  etməsinə görə verilib."
 
Qeyd edək ki, Nəbil Rəcəb Bəhreyndə təzyiq və zorakılığı tənqid edən və bu istiqamətdə ölkədə islahatların aparılması üçün dinc nümayişlərin kecirilməsi üçün insanlara çağırış edən insan haqları müdafiəçisidir.
 
Nəbil Rəcəb tvitter səhifəsində Bəhreyn məhbuslarına qarşı iskəncənì və Ərəbistan silahlılarının Yəmənə qarşı olan təcavüzünü tənqid etməklə Ərəbistana xəyanətdə  ittiham olunur.
 
Nəbil Rəcəb bu qərardan apellyasiya şikayəti verə bilər. 

Google+ WhatsApp ok.ru