Nəsrullah: `ABŞ-ın bölgədə sünni-şiə müharibəsi törətmək planları məğlubiyyətə uğradı` 06 Sentyabr 2018 01:00 Dünya Livanın "Hizbullah" müqavimət hərəkatının baş katibi Seyid Həsən Nəsrullah Livan və bölgədəki vəziyyətlə bağlı açıqlamalar verib. Maide.Az "eastnews.org"a istinadən xəbər verir ki, Seyid Həsən Nəsrullah bildirib ki, ABŞ, İsrail və Səudiyyə Ərəbistanı rejimlərinin bölgədəki planları məğlubiyyətə uğrayıb. "33 günlük müharibədəki məğlubiyyətdən sonra Suriyada da ağır məğlubiyyətə uğradılar. İndi təxribatı İranın daxilinə çəkərək xalqı etirazlara səsləyirlər", - deyə müqavimət lideri bildirib. Seyid Həsən Nəsrullah qeyd edib ki, ABŞ və İsrailin məqsədi şiəliyin kökünü kəsməkdir. "Onların bölgədə sünni-şiə müharibəsi törətmək cəhdləri də uğursuz oldu. 2003-cü ildə İraqda hər gün partlayışlar törədilirdi. Bunlar siyasi planlar deyildi, bir nəslin kökünü kəsmək istəyirdilər. Onların bu planların Allahın lütfü, zamanın sahibinin inayəti və rəhbərin agahlığı ilə məğlubiyyətə uğradı", - deyə 'Hizbullah" lideri diqqətə çatdırıb. Teqlər : #Nəsrullah: `ABŞın bölgədə sünnişiə müharibəsi törətmək planları məğlubiyyətə uğradı` , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İsrail Suriyadakı terrorçulara silah verdiyini ilk dəfə təsdiq etdi - Foto Bəşər Əsəd: “ABŞ-ın siyasəti hədə, sanksiya və terrora dəstəkdir”
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO