O.Gülalıyevin məhkəməsinin vaxtı bilindi

O.Gülalıyevin məhkəməsinin vaxtı bilindi

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin məhkəməsi oktyabrın 30-na təyin edilib.
 
Maide.Az xəbər verir ki, bu barədə AzadlıqRadiosuna müdafiə tərəfindən bildiriblər.
 
Nəsimi rayon Məhkəməsi Oqtay Gülalıyev ilə bağlı cinayət işinə baxacaq.
 
Bu barədə O.Gülalıyevin vəkili Fuad Ağayev bildirib.
 
Vəkilin deməsinə görə, hüquq müdafiəçisi O.Gülalıyevin avtomobillə vurulması ilə bağlı qaldırılmış cinayət işinin ibtidai istintaqı baş çatıb.
 
O deyib ki, cinayət işinə Bakının Nəsimi rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baxılacaq.
 
"Hələ cinayət işi üzrə hazırlıq iclasının vaxtı təyin edilməyib", - F.Ağayev vurğulayıb.
 
Hüquq müdafiəçisi O.Gülalıyevin 2019-cu il oktyabrın 29-da Bakının mərkəzində piyada keçidində avtomobillə vurulduğu bildirilir. Onun başından aldığı zədə nəticəsində hələ də komada olduğu deyilir.
 
Fakt üzrə Cinayət Məcəlləsinin 263.1.1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi qaldırılıb.
 
 

Google+ WhatsApp ok.ru