Obama: “İŞİD-i məhv etmək asan olmayacaq”

ABŞ prezidenti Barak Obama amerikalı jurnalist Ceyms Foleyi öldürən İŞİD-in üzərinə gedəcəklərini bildirib. O, “Amerika  unutmur və ədalət yerini tutacaq” deməklə İŞİD-ə sərt mesaj verib.

Obama Şarlotta şəhərində təqaüdə çıxmış ordu mənsublarının konfransında çıxışı zamanı jurnalist Ceyms Foleyin öldürülməsinə toxunaraq deyib:“Xalqımıza ziyan vuranlara kəskin mesajımız var: Amerika unutmur, əlimiz hər yerə uzanır, səbirliyik və ədalət bir gün yerini tutacaq”.

O, Amerika torpaqlarını müdafiə etmək və amerikalıları qorumaq üçün ehtiyac duyulduqca hərəkətə keçməyi davam edəcəklərini bildirib.

Obama, İŞİD kimi bir ünsürü məhv etməyin asand və sürətli olmayacağını da qeyd edib.
dunyabulteni / 

Google+ WhatsApp ok.ru