Obama: Ərəblərin problemi İran deyil, radikal sünnilikdir

Amerikanın NBC kanalında nümayiş olunan "Media görüşü" proqramında qonaq olan ABŞ prezidenti Barak Obama maraqlı açıqlamalar verib. Maide.az-ın məlumatına görə, Obama bildirib ki, Orta Şərqdəki ərəb ölkələri radikal sünniliklə mübarizədə səylərini artırmalıdırlar: "Çox açıqdır ki, bu anda sünni ölkələr İŞİD mövzusundakı səylərini artırmalıdırlar. Yalnız Ərəbistan deyil, İordaniya, Birləşmiş Ərəb Əmrlikləri və Türkiyə kimi digər müttəfiqlərimiz də bu barədə lazımlı səy göstərməlidirlər. Sevindirici olan xəbər budur: ilk dəfə bir mövzu dəqidir. O da budur ki, Amerikanın müttəfiqi olan bir çox sünni ölkənin irəliləməsinin önündəki maneə İran deyil və ya sünni-şiə məsələsi deyil. Əsl problem sünnilik içindən çıxan ifratçı radikal cərəyandır. Bu axın hazırda özünü İŞİD kimi tanıdan və böyük bir təhlükə təşkil edən qrupdur."

Google+ WhatsApp ok.ru