Obama Səudiyyə Ərəbistanına zidd olan qanuna veto qoydu

Obama Səudiyyə Ərəbistanına zidd olan qanuna veto qoydu

 
ABŞ prezidenti  Barak Obama  11 sentyabr qurbanları ailələrinin Səudiyyə rejimini məhkəməyə vermək barədə ABŞ qanunverici orqanının qəbul etdiyi sənədə veto qoyub. 
 
Maide.Az “Associated Press”-ə istinadən xəbər verir ki,  bu sənəd  Konqresdə Demokratlar və Respublikaçıların dəstəyi ilə qəbul  olunmuşdu. 
 
Bu sənəd ilk öncə  may ayında ABŞ senatı tərəfindən təsdiq olunmuşdu və  ABŞ  nümayəndələri  11 sentybar öncəsi sənədi  təsdiqlədilər.
 
ABŞ prezidenti  sənədi veto  etməsi ilə bağlı  bəyanat yayıb və deyib ki,  mən 11 sentybar hadisəsi qurbanlarının ailələrinin dərdinə şərikəm  ama  onların ədaləti icra etmələrini dəstəkləyirəm.Lakin  bu sənəd  ABŞ mənafeyinə ziyan vuracaq. 
 
Qeyd edək ki, rəsmi pentaqon, avqust ayının 9-da Səudiyyə Ərəbistanına 1,15 milyard dollarlıq 130 tank, 20 zirehli maşın və digər avadanlıq satmışdı.Bir neçə gün öncə isə ABŞ senatı, prezident Obama rəhbərliyinin, Səudiyyə Ərəbistanına bir milyard dollardan artıq tank və silah satışı layihəsini təsdiq edib.
 
Xatırladaq ki, təcavüzkar Səudiyyə Ərəbistanı rəhbərliyindəki koalisiya qüvvələri, 2015-ci ilin mart ayından bəri Yəmənə hava hücumları təşkil edir.
 
BMT-nin yaydığı hesabata görə, hücumlarda minlərlə dinc sakin dünyasını dəyişib. Səudiyyə rejiminin Amerikadan aldığı müasir silahlarla Yəmən müsəlman xalqına hər gün hava hücumları təşkil edir. İndiyə qədər bu hücumlarda 7 mindən çox dinc sakin ölüb, on minlərlə insan yaralanıb. Ölənlərin əksəriyyəti qadınlar və körpə uşaqlardır. 
 
Səudiyyə Ərəbistanının rejiminin müdafiəsiz Yəmən xalqına qarşı bu silahlardan istifadə etməsinə baxmayaraq, Amerika senatı bu ölkəyə yenidən silah satılmasını təsdiq edib. 
 
 
 
 
 

 

Google+ WhatsApp ok.ru