Obamanın iftar ziyafəti boykot edildi

Amerikada yaşayan ərəblərlə bağlı "Ayriseçkiliyə yox Komitəsi" (ADC), Ağ evin ifttar ziyafətinin boykot etdiyini elan edib.
Maide.az-ın "Vaşinqton Post" qəzetinə istinadən məlumatına əsasən, komitə ötən gün (bazar ertəsi 14 iyul) yaydığı bəyanatda Vaşintonun Sionist İsrail rejiminə dəstəyini pisləyərək, bütün üzvlərindən istəyib ki, bu ziyafətdə iştirak etməkdən çəkinsilər.
Komitə ABŞ-da sakin olan ərəb və müsəlmanlar icmasından da istəyib ki, Barak Obamanın iftar ziyafətini boykot etsinlər.
Bu komitə həmçinin ABŞ xəfiyyə orqanlarının Amerikada sakin olan müsəlmanlar və ərəb əsillilərdən casusluq etmələrini pisləyib.
Amerikada yaşayan ərəblərlə bağlı "Ayriseçkiliyə yox Komitəsi" (ADC), Amerikada özünü ən böyük mədəniyyət və hüquq müdafəçi təşkilatı hesab edir.
Obamanın iftar ziyafətinin boykot edilməsinə dair həmin istəyə rəğmən, Ağ Ev bildirib ki, bu mərasim öncədən planlaşdırılmış zamanda keçiriləcək.
Ağ Evdə iftar ziyafətinə  1996-cı ildən bəri start verilib. Bu mərasimdə Amerika müsəlmanları cəmiyyəti və müsəlman ölkələrin diplomatik nümayəndəliklərin işçiləri iştirak edirlər.
Qeyd edək ki, həmişə insan haqlarından dəm  vuran və sözdə özülərini insan haqları müdafiəçisi kimi göstərən ABŞ rəsmi şəkildə İsrailin Qəzzəyə hücumlarını və sionist rejimin Fələstinli uşaqlara qarşı törətdiyi cinayətləri dəstəklədiyini bəyan elan edib.

Google+ WhatsApp ok.ru