Obamanın qara günləri başlayır

Respublikaçilar ona impiçment etməyə hazırlaşır

ABŞ prezidenti Barak Obama üçün impiçment təhlükəsi yaranıb. 

ANS PRESS-in məlumatına görə, prezident Obama vaxtından əvvəl təqaüdə göndərilə bilər. 

Belə ki, prezidentin immiqrasiya islahatlarından narazı qalan Respublikaçilar partiyasının nümayəndələri ona impiçment etməyə hazırlaşır. .

Konqresə keçirilən aralıq seçkilərdə üstünlük qazanan Respublikaçilar Obamanının öz səlahiyyətlərindən sui-istifadə istifadə etdiyi təqdirdə onun hakimiyyətdən getməsi məsələsinin qaldıracaqlarını bəyan ediblər. 

Keçən həftə Ağ Ev rəhbəri ABŞ-ın miqrasiya sistemində dəyişikliklər etmək üçün bütün qanuni vasitələrdən istifadə edəcəyi haqda xəbərdarlıq etmişdi.

“Əgər həqiqətən respublikaçılar ciddi şəkildə bizim miqrasiya sistemimizi düzəltməyə çalışırlarsa, bunun üçün onların bütün imkanları var” prezident deyib.

Respublikaçıların cavabı isə özünü gecikdirməyib. Senator Mitç Makonnellerin sözlərinə görə, ştatlar rəhbərinin bu cür davranışı “öküzə qırmızı parça göstərmək” kimi bir şeydir. /

Google+ WhatsApp ok.ru