Obama İranla nüvə razılaşmasının Konqresdə araşdırılması qərarını imzaladı

ABŞ prezidenti Barak Obama dünən İranla nüvə razılaşmasının Konqresdə yenidən nəzərdən keçirilməsi qərarını imzalayıb.
 
Maide.az-ın "Assoşieyted Press"ə istinadən verdiyi məlumatına görə, Obama bu qərarı Ağ Ev-də və rəsmi mərasim keçirilmədən imzalayıb. Bununla belə, o deyib ki, İranla nüvə müzakirələrinin dəqiq araşdırılmasını alqışlayır. Bu layihənin qanuniləşməsilə əslində ABŞ Konqresi İranla razılaşmanın rədd olunması ehtimalı və ya qəbul edilməsinə nəzarət haqqına malik olacaq. Bu qanun konqresin sanksiyalarını dayandırmağı Obamaya otuz gün qadağan edəcək. 
 
Konqresin bu razılaşma ilə müxalifət edəcəyi halda Obama bu qərara qarşı veto haqqından istifadə edə bilər.

Google+ WhatsApp ok.ru