Obama Rusiyaya qarşı sanksiya paketini təsdiqləyir

Maide.az xəbər verir ki, ABŞ prezidenti Barak Obama Konqres tərəfindən qəbul edilmiş Rusiyaya qarşı yeni sanksiyalar haqqında və Ukraynaya dəstək haqqında qanun layihələrini bu həftənin sonunadək imzalayacaq.
 
Ağ evin mətbuat katibi Con Ernest bildirib ki, B.Obama əvvəlki kimi, qanun layihələri haqqında müəyyən narahatlıq keçirir, amma hesab edir ki, bu ona manevr üçün yeni imkanlar açacaq.
 
Yeni layihə Rusiyanın müdafiə sənayesinə sanksiyaları nəzərdə tutur. Bu barədə ötən şənbə günü Konqresdə əksəriyyət tərəfindən qəbul edilib. 
 

Google+ WhatsApp ok.ru