Obama Səudiyyə Ərəbistanına zidd olan qanuna veto qoydu 24 Sentyabr 2016 01:00 Dünya ABŞ prezidenti Barak Obama 11 sentyabr qurbanları ailələrinin Səudiyyə rejimini məhkəməyə vermək barədə ABŞ qanunverici orqanının qəbul etdiyi sənədə veto qoyub. Maide.Az “Associated Press”-ə istinadən xəbər verir ki, bu sənəd Konqresdə Demokratlar və Respublikaçıların dəstəyi ilə qəbul olunmuşdu. Bu sənəd ilk öncə may ayında ABŞ senatı tərəfindən təsdiq olunmuşdu və ABŞ nümayəndələri 11 sentybar öncəsi sənədi təsdiqlədilər. ABŞ prezidenti sənədi veto etməsi ilə bağlı bəyanat yayıb və deyib ki, mən 11 sentybar hadisəsi qurbanlarının ailələrinin dərdinə şərikəm ama onların ədaləti icra etmələrini dəstəkləyirəm.Lakin bu sənəd ABŞ mənafeyinə ziyan vuracaq. Qeyd edək ki, rəsmi pentaqon, avqust ayının 9-da Səudiyyə Ərəbistanına 1,15 milyard dollarlıq 130 tank, 20 zirehli maşın və digər avadanlıq satmışdı.Bir neçə gün öncə isə ABŞ senatı, prezident Obama rəhbərliyinin, Səudiyyə Ərəbistanına bir milyard dollardan artıq tank və silah satışı layihəsini təsdiq edib. Xatırladaq ki, təcavüzkar Səudiyyə Ərəbistanı rəhbərliyindəki koalisiya qüvvələri, 2015-ci ilin mart ayından bəri Yəmənə hava hücumları təşkil edir. BMT-nin yaydığı hesabata görə, hücumlarda minlərlə dinc sakin dünyasını dəyişib. Səudiyyə rejiminin Amerikadan aldığı müasir silahlarla Yəmən müsəlman xalqına hər gün hava hücumları təşkil edir. İndiyə qədər bu hücumlarda 7 mindən çox dinc sakin ölüb, on minlərlə insan yaralanıb. Ölənlərin əksəriyyəti qadınlar və körpə uşaqlardır. Səudiyyə Ərəbistanının rejiminin müdafiəsiz Yəmən xalqına qarşı bu silahlardan istifadə etməsinə baxmayaraq, Amerika senatı bu ölkəyə yenidən silah satılmasını təsdiq edib. Teqlər : #Obama Səudiyyə Ərəbistanına zidd olan qanuna veto qoydu , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Misir sahillərində aşan qayıqda ölən miqrantların sayı 160 nəfəri keçib İndoneziyada onlarla insan daşqınlar nəticəsində itkin düşüb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO