Odessada yaralanmış azərbaycanlı tələbələrdən biri öldü

Mayın 1-də Odessada Lvov küçəsində yataqxana yaxınlığında yaralanmış azərbaycanlı tələbələrdən biri xəstəxanada ölüb. 
 
Maide.az xəbər verir ki, bu barədə Ukrayna DİN-nin Odessa vilayəti üzrə Baş idarəsinin spikeri Alla Marçenko mətbuat konfransında deyib. 
 
Onun sözlərinə görə, oğlan xəstəxanada ötən gecə dünyasını dəyişib. 
 
Atəş açmış üçüncü kurs tələbəsi olan bolqar hazırda təcridxanadadır. 
 
Xəsarət alan şəxsin ölməsindən sonra onu 15 ilədək həbs gözləyir.
 
Oxu.az-ın məlumatına görə, mayın 1-də sərxoş tələbələr Lvov küçəsində dava salıb.  Bolqar bir neçə dəfə Azərbaycan vətəndaşlarına atəş açıb. Nəticədə 3 nəfər yaralanıb. 

Google+ WhatsApp ok.ru