ŞOK: terrorçu qadın aylarla Ərdoğanın sarayında işləyib 28 İyul 2015 01:00 Dünya Adı açıqlanmayan xidmətçi DHKP-C terror təşkilatının üzvü olub. Maide.az lent.az-a istinadən xəbər verir ki, bu barədə sozcu.com.tr məlumat yayıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iqamətgahında (Ağ Saray) DHKP-C terror təşkilatının üzvü olan qadının xadimə işlədiyi üzə çıxıb. Ankara polisinin keçirdiyi əməliyyatla həbs edilən G.B. adlı həmin qadının 10 ay prezident sarayında işlədiyi müəyyənləşib. Qeyd edək ki, bir neçə gün əvvəl Qızılay adlanan ərazidə keçirilən aksiyaya polis müdaxilə etmişdi. Həmin vaxt saxlanılan 13 nəfərdən biri də məhz yuxarıda haqqında qeyd olunan G.B. adlı qadın olub. Araşdırma nəticəsində üzə çıxıb ki, bu qadın 10 ay ölkə başçısının iqamətgahında çalışıb və bir müddət əvvəl işdən çıxarılıb./ Teqlər : #ŞOK: terrorçu qadın aylarla Ərdoğanın sarayında işləyib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Zərif: Daim İraqın dövləti və xalqının kənarında durmuşuq Rusiyalı baykerlər işğal olunmuş ərazilərimizə səfər ediblər
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO