Oktyabrın 1-i üçün hava proqnozu 30 Sentyabr 2020 13:45 Ölkə Oktyabrın ilk günü üçün hava proqnozu açıqlanıb. Maide.Az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, oktyabrın 1-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 13-16, gündüz 21-24, Bakıda gecə 13-15, gündüz 22-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 60-70, gündüz 45-50 faiz olacaq. Oktyabrın 1-də Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı qərb rayonlarında intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-17, gündüz 20-24, dağlarda gecə 4-8, gündüz 9-13 dərəcə isti olacaq. Tibbi-meteoroloji proqnoz Oktyabrın 1-də Abşeron yarımadasında komfort temperatur şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir. Teqlər : #Oktyabrın,#üçün,#hava,#proqnozu, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bankların kredit portfeli 4 faiz azalıb Azərbaycanda 420 məktəb öz fəaliyyətini müvəqqəti məhdudlaşdırıb