Olimpiada-2020 təxirə salınır 24 Mart 2020 09:42 Dünya Beynəlxalq Olimpiya Komitəsinin üzvü Dik Paund Beynəlxalq Olimpiya Komitəsinin 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiadasının digər tarixlərə keçiriləcəyini bildirib. Trend-in məlumatına görə, daha əvvəl Avstraliya və Kanadanın milli olimpiya komitələri ölkələrinin 2020-ci ildə Tokiodakı Olimpiya oyunlarında iştirak etməmələri barədə qərar qəbul ediblər. "BOK-da olan məlumata əsasən, təxirə salınma haqqında qərar qəbul edilib. Əlavə addımlar hələ müəyyənləşdirilməyib, amma oyunların iyulun 24-də başlamayacağını dəqiq bilirəm", - D.Paund "USA TODAY Sports" portalında deyib. Xatırladaq ki, Tokio Olimpiadası iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Teqlər : #Olimpiada2020,#təxirə,#salınır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Xorvatiyada nisbətən güclü zəlzələ olub Rusiyada üçü uşaq olmaqla yeddi nəfər yanaraq öldü
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO