Olland: Təyyarənin qəzaya uğraması nəticəsində sağ qalan yoxdur

Çox güman ki, Fransanın cənubunda A 320 təyyarəsinin qəzaya uğraması nəticəsində sağ qalan yoxdur. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bunu Fransa Prezidenti Fransua Olland deyib.
 
Onun sözlərinə əsasən, qalıqların vəziyyəti deməyə əsas verir ki, qəza nəticəsində heç kəs sağ qalmayıb: "Təyyarə dağlıq əraizdə qəzaya uğrayıb".
 
Təyyarə qəzaya uğramazdan əvvəl fəlakət siqnalı ötürüb.
 
Qeyd edək ki, Fransanın cənubunda qəzaya uğramış təyyarənin göyərtəsində 142 sərnişin və 6 ekipaj üzvü olub. İnsident Yuxarı Provansın Alp departamentində baş verib.
 
Qəzaya uğramış "Airbus" təyyarəsi Barselonadan Düsseldorfa istiqamət almışdı./
 

Google+ WhatsApp ok.ru