Ollandın müşaviri fırıldaqçı imiş

Fransa prezidenti Fransua Ollandın müşaviri Fauzi Lamdaui fırıldaqçılıq ittihamı ilə dindirilməyə çağırıldıqdan sonra istefa verib.
 
Fauzi bu ay ərzində Ollandın istefa verən ikinci yaxın silahdaşıdır.
 
F.Lamdaui korporativ vəsaitlərin səmərəsiz istifadəsi, qeyri-qanuni gəlirlərin leqallaşdırılması və maliyyə sənədlərinin saxtalaşdırılmasında ittiham edilir. Yelisey sarayı istefa faktını təsdiqləyib.
 
Qeyd edək ki, 2012-ci ildə F.Lamdaui Ollandın seçki qərargahına rəhbərlik edib. Bundan əvvəl Fransa prezidentinin digər müşaviri Kader Arif istefa vermişdi. O, tenderlərin keçirilməsində sui-istifadə hallarına yol verməkdə şübhəli bilinir. 

Google+ WhatsApp ok.ru