Oman aeroportu yəmənlilərə yardım üçün açıq olacaq

Oman aeroportu yəmənlilərə yardım üçün açıq olacaq

Yəmənlə  əməkdaşlıq iki ölkə arasında qonşuluq və qardaşlıq prinsipləri əsasıeda davam edəcək. Oman aeroportu yəmənlilərə yardım üçün açıq olacaq.
 
Maide.Az "FaktXeber.com"-a istinadla xəbər verir ki,  bu barədə Omanın xarici məsələlər üzrə müşaviri  Yusif əl-Ələvi BMT Baş Assambleyasının iclasında bəyan edib.
 
Yusif əl-Ələvi ölkədə olan bir sıra problemləri – xəstəlikləri, epidemiyaları sadalayaraq, ölkə infrastrukturunun - xüsusilə suyun təmizlənməsi stansiyanın dağıdılmasını kəskin tənqid edib, Yəmən xalqına yardım üçün mexanizmlərlə təmin etməklə bağlı beynəlxalq ictimaityyətə müraciət edib.
 
Xatırladaq ki, Səudiyyə rejiminin birbaşa diqtəsi ilə hökumət idarə edən Yəmən prezidenti Mənsur Hadi buna etiraz edən xalqa qarşı zor tətbiq etdikdən sonra ölkə boyu kütləvi aksiyalar həyata keçirilmişdi. Xalq Mənsur Hadidən islahatlar həyata keçirməyi və Səudiyyənin tapşırıqlarının yerinə yetirməməyi tələb edirdi. Uzun müddətli aksiyalar zamanı prezidentin əmri ilə xalqa qarşı sıxılan güllə vəziyyəti bir qədər də gərginləşdirdi və Mənsur Hadi ölkədən qaçaraq Səud rejiminə sığındı. Buradan isə öz xalqına qarşı müharibə elan etdi. Bəzi ərəb ölkələrini bu müharibəyə səslədi və yaradılan koalisiya bu gün də Yəməni bombalayır. Müharibə yolu ilə Yəmən xalqını təslim edə bilməyən Səud koalisiyası ABŞ-ın dəstəyi ilə Yəməni blokada şəraitində saxlayır. Hazırda 21 milyon əhalisi olan Yəmənin 80 faizi aclıqdan əziyyət çəkir. Vəbaya yoluxma halı 500.000-dən çoxdur. Onların 460 mini uşaqdır. Hazırda Yəməndə xalqın böyük dəstək verdiyi Ənsarullah Hərəkatı hakimiyyətdədir və Səud koalisiyasına qarşı mübarizə aparırlar.
 

Google+ WhatsApp ok.ru