Omanda `Ənsarullah` və devrilmiş Yəmən hökuməti arasında sülh əldə olunub

Omanda `Ənsarullah` və devrilmiş Yəmən hökuməti arasında sülh əldə olunub

 Husilər ölkədəki sülhü (barışığı) dəstəklədiklərini bildiriblər. Məlum barışıq ABŞ dövlət katibi Con Kerrinin Omanda apardığı danışıqlardan sonra elan edilib.
 
Xatırladaq ki, ABŞ dövlət katibi Con Kerri çərşənbə axşamı günü bildirib ki, Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyası və Husilər əvvəlcədən noyabr ayının 17-dən etibarən başlayacaq barışıq haqda razılaşıblar. Onlar ilin sonuna qədər milli birlik hökumətinin yaradılması haqda da razılaşıblar. Yəmənin devrilmiş hökumətinin xarici işlər naziri Əbdül Malik əl-Məhləvi daha sonra bildirib ki, sülh haqda razılıq onların icazəsi olmadan əldə edilib və bunun da onlara heç bir dəxli yoxdur.
 
"Biz noyabr ayının 17-dən başlayaraq hərbi əməliyyatların dayandırılması sazişinə əməl etməyə razıyıq, bir şərtlə ki, münaqişənin digər tərəfləri də ona əməl etsinlər.", - deyə "Ənsarullah" hərəkatının rəsmi nümayəndəsi Məhəmməd Əbdüssalam bildirib.
 
Husilər Səna şəhərində cari ilin sonunadək milli birlik hökumətinin yaradılmasında da iştirak etməyə razı olub.
 
"Biz BMT-in xüsusi elçisinin yol xəritəsini qəbul edirik. Biz onun noyabr ayının sonunda başlayacağını nəzərə alaraq həmin yol xəritəsini münaqişənin tammiqyaslı şəkildə həllinin əldə edilməsi üzrə aparılacaq danışıqların əsası kimi qəbul edirik.", - deyə Əbdüssalam qeyd edib.
 
 “Ənsarullah” hərəkatının mətbuat katibi Məhəmməd Əbdüssalam Yəmən xalqının öndə gələn vəzifələrindən də söz açıb. Səud rejiminin təcavüzünün dayandırılması və Yəmən mühasirəsinin yarılmasının əsas hədəfləri olduğunu deyən Əbdüssalam əlavə edib: “Omanda qəbul olunaraq imzalanan məsələlər, ümumi prinsiplər oldu. Yaxın günlərdə bu prinsipləri xırdalıqları barədə müzakirə etməliyik. Dediyim hədəflərin reallaşması üçün bu labüddür. ABŞ xalqımıza qarşı bu təcavüzlərdə fəal iştirak etməsi üçün əxlaqi və tarixi məsuliyyət daşıyır. Biz nə ABŞ-la, nə də Səud rejimiylə birbaşa olaraq müzakirələrə qatılmadıq. İxtiyar sahibi olmayan biriləriylə müzakirə edək?” (islamazeri)
 

Google+ WhatsApp ok.ru