Oman Yəmənə əsgər yeritməkdən imtina etdi, Pakistan isə fikirləşir 26 Mart 2015 02:00 Yəmən Səudiyyə Ərəbistanı rejiminin Yəmən xalqına təcavüzündə 13 nəfərin şəhid olduğu bildirilir. Yəmən xalqına qarşı təşkil olunan təcavüzə 10 ölkənin iştirak etdiyi açıqlanıb. Omandan başqa Körfəz Ölkələri Əməkdaşlıq Şurası ölkələri, İordaniya, Misir, Sudan və Türkiyənin də hücumlara dəstək verildiyi açıqlanıb. Ənsarullah Hərəkatının yüksək çinli səlahiyyətlisinin verdiyi bəyanatda Səudiyyə Ərəbistanın Yəmənə hücumlarının bu ölkənin xeyrinə olmadığını, Səudiyyəyə bu ölkənin ərazilərinə girmələrinə icazə verilməyəcəyini bildirib. "Reuters"in bildirdiyinə görə, Səudiyyə rejimi Pakistandan Yəməndə keçiriləcək quru hücumuna əsgər verməsini istəyib, İslamabad Səudiyyənin bu məsələsini müzakirə edir. Misir və İordaniya Yəmənə hücum əməliyyatlarına cəlb edildiklərini təsdiqləyiblər. Oman isə Səudiyyə Ərəbistanının müharibəyə qoşulmaq istəyini rədd edib. Ənsarullah səlahiyyətlilərindən olan Məhəmməd əl-Buhayti verdiyi bəyanatda Səudiyyə Ərəbistanına veriləcək cavabların müzakirə edildiyini və Yəmənə təcavüzün Yəmən xalqına təcavüz olduğunu vurğulayıb. Teqlər : #Oman Yəmənə əsgər yeritməkdən imtina etdi,#Pakistan isə fikirləşir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Səud rejimi və Qərb Yəməndə kartlarını açmağa məcbur oldu - ANALİZ Səduiyyə rejiminin Yəmənə təcavüzü - YENİLƏNİR
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'