Ombudsmanın nümayəndələri gəlməmişdən `kars` otağını rənglədilər

Ombudsmanın nümayəndələri gəlməmişdən `kars` otağını rənglədilər

Ombudsman Aparatının nümayəndələri Qobustan həbsxanasında saxlanılan Nardaran məhbusu, orada ona işgəncə verildiyini deyən Abbas Hüseynova baş çəkib. Bu haqda AzadlıqRadiosuna vəkil Yalçın İmanov məlumat verib.
 
Avqustun 17-də Qobustan həbsxanasında A.Hüseynovla görüşən vəkilin sözlərinə görə, Nardaran məhbusu Ombudsman Aparatının əməkdaşlarına məruz qaldığı işgəncələr haqda ətraflı danışıb, hələ də bədənində qalan izləri göstərib.
 
A.Hüseynov vəkilinə deyib ki, Ombudsman Aparatının əməkdaşlarının həbsxanaya gəlişindən əvvəl orada hazırlıq görülüb:
"Onların gəlişindən əvvəl Abbasa təzə paltar verilib. Həmin vaxt Abbas "kars"da idi. Avqustun 9-da onu oradan çıxarıb, iki "kars" kamerasını və karantin otağını təmir edib, rəngləyiblər".
 
İŞGƏNCƏLƏR HAQDA DANIŞIB, XƏSARƏT İZLƏRİNİ GÖSTƏRİB
Nardaran məhbusu avqustun 8-də vəkili vasitəsilə həbsxanadakı "kars" otaqlarının təmirsiz, qan ləkələri və soxulcanlarla dolu olduğu haqda məlumat yaymışdı.
 
Ombudsmanın nümayəndələrindən sonra Penitensiar Xidmətin şöbə rəisi də A.Hüseynovla görüşüb, onun şikayətini dinləyib. Avqustun 15-i isə Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı nümayəndəliyinin əməkdaşı ona baş çəkib. Məhbus onlara da işgəncələr haqda ətraflı məlumat verib, bədənindəki xəsarət yerlərini göstərib. (azadlıqradiosu) /

Google+ WhatsApp ok.ru