OMCT və FIDH təşkilatı Leyla Yunusa qarşı zorakılığı pisləyir

Təcili olaraq insan hüquqları müdafiəçisi Leyla və Arif Yunusların bütün hallarda fiziki və psixoloji toxunulmazlığı təmin edilsin

İşgəncələrə qarşı Ümumdünya Təşkilatı (OMCT) və İnsan Hüquqları naminə Beynəlxalq Federasiya (FIDH) həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusla bağlı bəyanat yayıb və Azərbaycan hökumətindən vəziyyətə təcili müdaxilə etməyi tələb edib.

Tələbdə deyilir:

“Təcili olaraq insan hüquqları müdafiəçisi Leyla və Arif Yunusların bütün hallarda fiziki və psixoloji toxunulmazlığı təmin edilsin.

Leyla Yunusun kamerasının dəyişdirilməsi, ona hücumla bağlı şəffaf hərtərəfli təhqiqat aparılması , günahkarın qanunla nəzərdə tutulmuş sanksiyalar tətbiq etmək, Yunusların dərmanla, xəstəxana və təcili adekvat tibbi yardım göstərilməsi, o cümlədən onların, digər insan hüquqları fəaliyyəti ilə məşğul olan hüquq müdafiəçilərinin dərhal və qeyd-şərtsiz azad edilsin, Azərbaycanda bütün insan hüquqları müdafiəçilərinə qarşı ümumiyyətlə xanım Leyla Yunus, cənab Arif Yunusov qarşı məhkəmə və istintaq səviyyələrdə, o cümlədən hər hansı bir təcavüzə son qoyunlsun”.

Eyni zamanda, hər iki təşkilat 9 dekabr 1998-ci il, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qəbul edilən İnsan Hüquqları Müdafiəçiləri dair BMT bəyannaməsinin müddəalarına istinad edib. cenubnews /

Google+ WhatsApp ok.ru