Bəqərə, 53. Və (yadınıza salın) o zaman(ı) ki, Musaya (səma) kitab(ı) və (haqqı batildən) ayıran verdik ki, bəlkə hidayət olunasınız.

İmam Həsən (ə) buyurur:
“İbrətlərdən nəsihət alın və keçmişdəkilərin başlarına gələnlərdən ibrətlənin.”



ON BİRİNCİ SƏCİYYƏ: BİHUDƏ İŞLƏRDƏN UZAQ OLARLAR!

Tarix : 21-10-2017 13:53

Rəhman Allah “Furqan” surəsinin 72-ci ayəsində həqiqi bəndələrin on birinci səciyyəsini belə açıqlayır:

وَإِذَا مَرُّوا بِاللَّغْوِ مَرُّوا كِرَامًا

“...Onlar (ilahi bəndələr) bihudə və boş şeyin yanından etinasız və alicənablıqla keçərlər.”

Allahın həqiqi bəndələri bihudə və boş işlərə əhəmiyyət verməz, belə yığıncaqlarda iştirak etməz, onların kənarından alicənablıqla keçər və əsla etina etməzlər.

Qurani-Kərimdə bihudə işlərə etinasızlıqla bağlı bir sıra ayələr gözə çarpır ki, burada bir neçəsinə işarə edirik. Məsələn, “Muminun” surəsinin 3-cü ayəsində belə buyurulur:

وَالَّذِينَ هُمْ عَنِ اللَّغْوِ مُعْرِضُونَ

“(Həqiqi möminlər) bihudə və boş işlərdən tamamilə üz döndərirlər.”

“Qəsəs” surəsinin 55-ci ayəsində möminlər belə vəsf edilir:

وَإِذَا سَمِعُوا اللَّغْوَ أَعْرَضُوا عَنْهُ وَقَالُوا لَنَا أَعْمَالُنَا وَلَكُمْ أَعْمَالُكُمْ سَلَامٌ عَلَيْكُمْ لَا نَبْتَغِي الْجَاهِلِينَ

“(Möminlər) boş bir söz (istehza, söyüş, qeybət) eşitdikləri zaman, ondan üz döndərər və deyərlər: Bizim əməllərimiz özümüzə, sizin əməlləriniz də özünüzə aiddir. Bəs, salamat qalın! Bizim cahillərlə dostluq və yoldaşlığımız tutmaz.” Yersiz və boş-boş danışmaq, mücadilə və mübahisə möminlərə yaraşan xislət deyil. “Vaqiə” surəsinin 25-ci ayəsində behişt əhli belə vəsf edilir:

لَا يَسْمَعُونَ فِيهَا لَغْوًا وَلَا تَأْثِيمًا

“(Behişt əhli) cənnətlərdə əsla bihudə və günah sözlər eşitməzlər.” Yersiz söhbətlərdən daşınma hətta behişt nemətlərindən biri kimi tanıtdırılır.

Qeyd edilən ayələrə əsasən, bihudə və boş sözlərdən çəkinmə, yersiz işlərdən uzaqlaşma iman nişanəsi, Allahın həqiqi bəndələri və behişt əhlinin səciyyəsidir.

“LƏĞV” (BİHUDƏ İŞ) NƏDİR?

“Ləğv” sözünün mənasının aydınlaşması üçün “ləhv” və “ləib” sözlərini şərh etməyi lazım bilirik:

a) “Ləhv”: bu söz əyləncə mənasını daşıyır. Əyləncə iki qisimdən ibarətdir: faydalı və faydasız. Birinci qisim bəyənilən işlərin sırasına daxildir və ikinci qisim isə zərərli və bir çox günahların mənşəyi sayılır. Məlum olduğu kimi, insan daim işləyə, ibadət və namazla məşğul ola bilməz. Onun istirahət və sağlam əyləncəyə də ehtiyacı var, o, bununla rahatlıq tapır, yenidən iş və fəaliyyət üçün güc-qüvvə toplayır. Demək, istirahət və əyləncə asayiş üçün bir zərurətdir. Bu məsələ ayrı-ayrı hədislərdə də özünə yer alır, həyatın ayrılmaz bir hissəsi kimi vurğulanır. Məsələn, imam Əli (ə) buyurur: “Mömin şəxs ovqatını üç hissəyə bölməlidir: bir hissəsini Allahla ibadət və münacata sərf etsin, bir hissəsini ruzi və keçinəcəyinə ayırsın, bir hissəsini də gözəl və halal ləzzətlərdən bəhrələnməyə sərf etsin.” (“Nəhcül-bəlağə”, qısa kəlamlar 390.)

Vaxtın bir hissəsi Xaliqlə məxluqun rabitəsinə həsr olunmalı və hərə öz səviyyəsinə uyğun raz-niyazla məşğul olmalıdır.

İslam dilənçilik və gədalığı bəyənmir və hər kəsin öz əlinin zəhməti ilə dolanmağını tövsiyə edir. Yeri gəlmişkən qeyd edək ki, qazanc, maddi imkanlar, rifah və ailənin rahatlıq və asayişi “fellərdə tövhid” inancı ilə heç də ziddiyyət təşkil etmir. Bunlar Allahın əmrinə əsaslanır və hətta “qürbət” (Allaha yaxınlıq) niyyəti ilə görülən işlər ibadət sayılır.

Bəzi hədislərdə ovqat bölgüsündən sonra belə buyurulur: “İbadət, dolanışıq və insanlarla rabitəyə güc toplamaq üçün istirahət və əyləncəyə ayrılan vaxt sizə yardımçıdır.” (“Biharul-ənvar”, 75-ci cild, səh.321 və 346.) Çox vaxt istirahət və əyləncəyə vaxt ayırmayan, daim işləyən işçinin əməyi də keyfiyyətsiz olur.

b) “Ləib”: bu söz “oyun” mənasını daşıyır və onun da növləri vardır. Bəzi oyunlar uşaqlıq dövrünə aiddir və onlarda bir məqsəd izlənilmir və insanı ona vadar edən instinktiv hisslərdir. Əlbəttə, bu sayaq oyunlar uşaqların əsəb sisteminin güclənməsi, əzələ və sümüklərin möhkəmlənməsi, cismani və əqli inkişafına təməl sayılır.

Bəzi oyunlar böyüklərə aiddir və müəyyən məqsəd və biçim üzrədir. Müqəddəs şəriətdə belə oyunlara qadağa qoyulmayıb. Bu şərtlə ki, maddi baxımdan udub-uduzmaq, qumar şərtləri olmasın və təhlükəli də hesab edilməsin. Demək, təhlükəli və qumar xarakterli oyunlar haramdır.

c) “Ləğv”: bihudə və məqsədsiz işlərə “ləğv” deyilir; istər yersiz sözlər, istər belə əməl və rəftarlar, istərsə də, puç və bihudə düşüncələr “ləğv” sayılır. Məşhur dilçi alim Rağib İsfahani dəyərli “Müfrədat” kitabında yazır: “Ləğv” sözü “sərçələrin cikkiltisi” mənasını ifadə edən “ləğa” sözündən alınmışdır. Bahar fəslində sərçələr ağacların başına toplaşaraq cikkildəməyə başlayar və camaat bu səsləri mənasız təsəvvür etdiyindən ərəblər ona “ləğa” deyərmişlər. Sonra isə bu söz geniş mənada bihudə, yersiz iş və sözlərə də aid edilmişdir.

Demək, “ləğv” sözü bihudə və məqsədsiz əməl, söz və fikirlərə aid edilir. Allahın həqiqi bəndələri və övliyaları heç vaxt yersiz və məqsədsiz işlərə qoşulmaz, ləğv və bihudə yığıncaqların kənarından da etinasız və alicənablıqla keçərlər. Yeri gəlmişkən, qeyd edək ki, bir fərdin ləğv və bihudə işə əl atması mümkün olduğu kimi, bir cəmiyyət və ölkənin də bu bəlaya düçar olması mümkündür. Məsələn, qəzet və jurnallarda ləğv və bihudə materiallara daha çox rast gəlinir və ya əksər ictimai-siyasi qurumlarda faydalı məqsədlər gözə az dəyir. Son dərəcədə təəssüflə deməliyik ki, zahirdə ağıllı və siyasətçi görünənlərin çoxu ömrünü ləğv və bihudə işlərlə keçirir. Dövrümüzdə yığıncaq və qonaqlıqlara toplaşıb saatlarla vaxtlarını bihudə və faydasız keçirənlərin sayı az deyil. Allahın həqiqi bəndələri belə yığıncaqlardan uzaqdırlar. Bu barədə imam Əlinin (ə) “İnsanın nəfəsləri ölümünə doğru addımdır!” – kəlamı (“Nəhcül-bəlağə”, qısa kəlamlar 74.) nə qədər dəyərlidir! Doğrusu, insan ömür adlı böyük sərmayəni necə asanlıqla tələf edir! Belə ömür ona qəm-qüssədən başqa bir töhfə verməz. Bəlkə də, insanın daim zərər və ziyanda olduğunu açıqlayan “Əsr” surəsi ömür sərmayəsini bihudə keçirən və heç bir şey qazanmayan belə kütlələrə aiddir! (“Valatərin bəndeqan” – Şərhe ayate ibadur-rəhman”, Ayətullah Məkarim Şirazi, səh.141-145.)

Rza Şükürlü (Maide.az)



Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
03:23
05:11
12:43
20:31
23:49
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.

23-06-2018 17:21