Beləliklə, şeytan o ikisini həmin ağac vasitəsi ilə azdırdı və onları olduqları yerdən (kəramət zirvəsindən və nemətlər məkanından) çıxartdı. Biz dedik: «(Şeytanla birlikdə bu məkan və məqamdan) həmişəlik bir-birinizə düşmən olaraq yerə enin... ("Bəqərə" surəsi 36)

Həzrət Məhəmməd (s) buyurur:
“Günahın kiçikliyinə yox, kimə qarşı günah etdiyinə bax.”



ON DÖRDÜNCÜ SƏCİYYƏ: SƏBİR VƏ TƏMKİN-1

-- İlahi bəndələr – bəndəçilik qülləsinin fatehləri səbir və dözümləri müqabilində harada məskunlaşacaq və harada əbədi qalacaq?

Tarix : 31-10-2017 09:30

Furqan” surəsinin 75-76-cı ayələrində rəhman Allahın həqiqi bəndələrinin on dördüncü səciyyəsi belə açıqlanır:

أُوْلَئِكَ يُجْزَوْنَ الْغُرْفَةَ بِمَا صَبَرُوا وَيُلَقَّوْنَ فِيهَا تَحِيَّةً وَسَلَامًا. خَالِدِينَ فِيهَا حَسُنَتْ مُسْتَقَرًّا وَمُقَامًا

“Onlar (rəhman Allahın həqiqi bəndələri) səbirləri müqabilində (cənnətdə) yüksək dərəcələrlə mükafatlandırılar, orada (Allah və mələklər tərəfindən) xeyir-dua və salamla qarşılanarlar! (Onlar) orada əbədi qalacaqlar; (ora) gözəl yer və gözəl məskəndir.”

Bu iki ayədə ilahi bəndələrə verilən mükafat və nemətlərdən, onların axirət aləmindəki məqamlarından söz açılır. Bəli, varlığın Xaliqi ilə sıx rabitədən başlayıb böyük himmət, ailəyə nəzarət və səbrə sahib olanların mükafatı behişt hücrələridir. Yəni bu mükafat səbir və təmkin libasını geyinən şəxslərə məxsusdur. Onlar bəndəçilik qülləsini fəth etməklə elə məqama çatırlar ki, mələklərlə görüşür, salamlaşır və məqamlarınadək müşayiət olunurlar. İlahi bəndələr – bəndəçilik qülləsinin fatehləri səbir və dözümləri müqabilində misilsiz behişt saraylarında məskunlaşacaq və sağlamlıq evi adlanan həmin saraylarda əbədi qalacaqlar. Bu qısa şərhdən sonra sözügedən iki ayənin bəzi ifadələrinin şərhinə nəzər yetirək:

1. “Ğurfə” (yüksək dərəcələr): Bu sözün əslində bir mənası olsa da, sonralar iki cür işlənib. Bir ovuc suya “ğurfə” deyilir. Talutla Calutun əhvalatından söz açılan “Bəqərə” surəsinin 249-cu ayəsində belə buyurulur:

فَلَمَّا فَصَلَ طَالُوتُ بِالْجُنُودِ قَالَ إِنَّ اللّهَ مُبْتَلِيكُم بِنَهَرٍ فَمَن شَرِبَ مِنْهُ فَلَيْسَ مِنِّي وَمَن لَّمْ يَطْعَمْهُ فَإِنَّهُ مِنِّي إِلاَّ مَنِ اغْتَرَفَ غُرْفَةً بِيَدِهِ فَشَرِبُواْ مِنْهُ إِلاَّ قَلِيلاً مِّنْهُمْ

“Talut (Əmaliqə ilə döyüşmək üçün) qoşunla birgə (öz qərargahlarından) ayrılarkən dedi: “Həqiqətən, Allah sizi bir çayla sınağa çəkəcək. Bəs, ondan içən, məndən ayrı, içməyən isə məndəndir və əlinə bir ovuc su götürən də istisna edilər (güzəştə gedilər). Beləliklə, onların az bir hissəsi istisna olmaqla hamısı ondan içdilər...”

Göründüyü kimi, bu ayədə “ğurfə” ilkin mənasında işlənib. Sonralar bu söz müəyyən bir baxışla evin üst mərtəbəsinə aid edilib. Diqqəti cəlb edən də odur ki, bu söz Quranın yalnız iki ayəsində – “Bəqərə” surəsində ilkin mənada, “Furqan” surəsində isə ikinci mənada işlənmişdir.

Sual: Nə üçün behişt evləri “ğurfə” sözü ilə işlənmişdir?

Cavab: Allah-Taala bu mükafatın əhəmiyyətini aşılamaq istəyir. Çünki keçmişdə camaat arasında binanın üst mərtəbələri bəyənilirdi (hətta indinin özündə də belədir.)

2. “Bima səbəru” (səbirləri müqabilində): Mələklərin pişvazı və salamı ilə Allahın həqiqi bəndələrinə verilən behiştin nur və mənəviyyatla dolu yüksək dərəcələri onların səbir və dözümlərinə görədir və bu da onun bütün səciyyələrdən üstün və dəyərli olduğunu göstərir. Demək, səbirsiz bəndəliyin zirvəsinə qalxmaq qeyri-mümkündür. Odur ki, bu xüsusiyyət mənəvi yönlərdə müvəffəqiyyət rəmzi sayılır və insanın gündəlik işlərində də əzmini artırır. Nəhayət, ilahi bəndələrin cərgəsinə qoşulub behiştin yüksək dərəcələrində məskunlaşması səbir libası olmadan mümkün deyil.

3. “Təhiyyət” və “salam”: “Təhiyyət”lə salam arasında fərq varmı?

Bir çox təfsirlərdə bu iki söz eyni cür mənalandırılır. Məsələn, “insan” və “bəşər” sözləri kimi. Lakin bizim nəzərimizcə, Qurani-Kərimdə sinonim sözlər azdır və hər biri müəyyən məna kəsb edir. “Təhiyyət” daha çox xeyir-dua mənasını ifadə edir. Misal üçün, iki nəfərin bir-birinə dediyi sözlərdən biri “sağ ol!” – təşəkkürüdür. Bu özü bir növ xeyir-duadır. “Salam” sözünün əhatəsi isə nisbətən azdır və deyilən kəs tərəfindən yalnız qarşı tərəfin sağlamlığına müsbət mövqeni bildirir.

Deməli, mələklər səbrin sayəsində bir çox səciyyəvi xüsusiyyətlərə və behişt dərəcələrinə sahib olan Allahın həqiqi bəndələri üçün ali sağlam həyat diləyirlər.

4. Behişt və əbədi həyat: İnsanları daim nigaran edən fikirlərdən biri ömür və nemətlərin müvəqqəti olmasıdır. Sərvət, məqam, vəzifə, ictimai mövqe, maşın, ev, abır-həya və s. mümkündür ki, bir anda itirilsin. Odur ki, dində dünyanın ötəri nemətlərinə bağlanmağa dair xəbərdarlıqlar çoxdur. Bu fikir ağıllı insanlar tərəfindən də normal qarşılanır. Amma behiştin nemətləri barədə belə nigarançılıqlara yer yoxdur. Allah-Taala “xalidinə fiha” (orada əbədi qalacaqlar) ibarəsi ilə ardıcıl olaraq bəndələrini salam və xeyir-dua ilə birgə behiştin ali dərəcələrinə nail olacaqlarını müjdələyir.

5. “Müstəqərr” və “muqam” (yer və məkan): Bu iki sözün arasındakı fərq odur ki, “müstəqərr” yalnız yerləşməyi, “muqam” isə yerləşməklə yanaşı həmin yerin davamlı olduğunu ifadə edir. Demək, behiştin yüksək dərəcələri kirayə evlər kimi müvəqqəti yox, daimidir. (“Valatərin bəndeqan” – Şərhe ayate ibadur-rəhman”, Ayətullah Məkarim Şirazi, səh.161-164.) – Ardı var!

Rza Şükürlü (Maide.az)

 



Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
03:23
05:11
12:43
20:31
23:49
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.

23-06-2018 17:19