On minlərlə Fələstinli meydanlara töküldü - FOTO-VİDEO 07 Dekabr 2017 02:00 Fələstin -- Onlar ABŞ və İsrail əleyhinə şüarlar səsləndiriblər. ABŞ prezidenti Donald Trampın Qüdslə bağlı qərarını açıqlamasından sonra işğal altındakı İordan çayının qərb sahili ilə İsrail blokadası altında olan Qəzzanın bəzi yerlərində keçirilən etiraz aksiyalarında fələstinlilər ABŞ və İsrail bayraqlarını, Trampın şəkillərini yandırıblar. FaktXəbər-in məlumatına görə, minlərlə fələstinli Ramallah, Əl-Xəlil, Beytullah, Kalkiliya, Tubas, Nablus və Eriha şəhərlərində meydanlara tökülüb. Onlar ABŞ və İsrail əleyhinə şüarlar səsləndiriblər. Digər tərəfdən, Fələstin Milli və İslami Qüvvələr Heyəti tərəfindən yayımlanan birgə bəyanatda işğal olunmuş ərazilərdə ümumi tətil elan ediləcəyi bildirilib. Bəyanatda ABŞ və İsrail əleyhinə keçirilən aksiyaların davam etdirilməsi çağırışı da edilib. İsrail blokadası altında olan Qəzza zolağının Rifah və Cibaliya mahalları ilə Nuseyrat qaçqın düşərgəsində də nümayiş keçirən on minlərlə fələstinli, böyük bir qəzəblə ABŞ və İsrail bayraqlarını yandırıblar. Qüdsdəki yarım əsrlik işğal yeni bir formaya keçib Şərqi Qüdsü 5 iyun 1967-ci ildə işğal edən İsrail 1980-ci ildə birtərəfli olaraq şəhərin şərqini və qərbini "birləşmiş paytaxtı" elan etmişdi. BMT 1980-ci ildə qəbul etdiyi 478 saylı qərarla İsrailin ilhaq və paytaxt elanını etibarsız saymışdı. BMT qərarı çərçivəsində ABŞ, o cümlədən beynəlxalq cəmiyyət Şərqi Qüdsün işğal altında olduğunu qəbul edir. İsrail hakimiyyətini tanıyan bütün ölkələrin səfirlikləri Təl-Əvivdə yerləşir. Heç bir ölkə Qüdsü, ya da şərq və qərb hissələrini paytaxt kimi qəbul etmir. ABŞ Trampın həmləsi ilə Qüdsü İsrailin paytaxtı kimi tanıyan ilk ölkə oldu. VIDEO: #Palestinian #Christians burn images of #Trump as the #US president moves to recognize #Jerusalem as the capital of #Israel https://t.co/QD83hbeUhi pic.twitter.com/Gc5FO8XDLf— RT (@RT_com) 6 декабря 2017 г. Teqlər : #On minlərlə Fələstinli meydanlara töküldü FOTOVİDEO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru BMT Təhlükəsizlik Şurasının təcili iclası keçiriləcək Ərdoğan: Qüdsün İsrail paytaxtı kimi tanınması regionda vəziyyətin qeyri-sabitləşməsinə istiqamətlənib
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar