Ondan 72 gündür xəbər yoxdur

Ondan 72 gündür xəbər yoxdur

Bəhreyn rejiminin qüvvələri 72 gün öncə ölkənin əd-Dərraz bölgəsinə basqından sonra müctəhid Ayətullah Şeyx İsa Qasimdən bir xəbər- ətər yoxdur.
 
Bəhreyn rejiminin qüvvələri Ayətullah Şeyx İsa Qasimin mənzilinin yerləşdiyi və kütləvi dinc aksiyaların şahid olduğu əd-Dərrazı ötən ildən muhasirədə saxlayır.
 
Ayətullah İsa Qasimin vətəndaşlıqdan məhrum edilməsi və onun əsassız ittihamlarla muhakimə edilməsi nəticə vermədikdən sonra Bəhreyn rejimin qüvvələri 72 gün öncə əd-Dərraza basqın etdi. O gündən indiyə qədər Ayətullah İsa Qasimin vəziyyəti haqda dəqiq məlumat yoxdur.
 
Bəzi məlumatlara görə Bəhreyn rejimin qüvvələri onu ev dustağı edib. (islaminsesi) /

Google+ WhatsApp ok.ru