Onlarla fələstinli əsir aclıq aksiyasına başlayıb

Onlarla fələstinli əsir aclıq aksiyasına başlayıb

Sionist rejimin Ofer həbsxanasında onlarla fələstinli əsir 2 aydan çoxdur aclıq aksiyası keçirən iki fələstinli əsirə dəstək məqsədilə bazar günündən məhdudiyyətsiz aclıq aksiyasına başlayıb.
 
Maide.Az xəbər verir ki, Əl-Məyadin televiziyasının məlumatına görə, aclıq aksiyaları üçüncü aya daxil olan iki əsirin vəkillərinin bildirdiyinə görə, Ofer həbsxanasındakı əsirlər bu iki əsirə dəstək olaraq bu addımı atıb.
 
Çox ağır şəraitdə olan aclıq aksiyası keçirən iki fələstinli əsir sionist rejimin idarə həbsi adlanan həbsin müddətinin uzadılmasına etiraz olaraq aclıq aksiyasına başlayıblar.
 
Onlar idarə həbsinin ləğv edilməsini tələb edirlər.
 

 

Google+ WhatsApp ok.ru