OPEC: Neft qiymətləri 2040-cı ilə qədər 155 dollara çatacaq

OPEC: Neft qiymətləri 2040-cı ilə qədər 155 dollara çatacaq

OPEC neftinin qiyməti 2021-ci ildə 65 dollar/barelə yüksələcək

OPEC təşkilatına üzv olan ölkələrin neftinin orta qiyməti 2040-cı ilə qədər nominal ifadədə 155 dollar/barelə (2015-ci ilin qiymətləri ilə 92 dollar/barel) yüksələ bilər.
 
"Report"un "TASS" Agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə OPEC-in 2040-cı ilə qədər neft bazarı ilə bağlı hazırladığı hesabatda (World Oil Outlook) deyilir.
Sənəddə həmçinin qeyd olunub ki, 2016-cı ildə OPEC neftinin orta qiyməti 40 dollar/barel təşkil edəcək və 2021-ci ilə qədər hər növbəti ildə 5 dollar/barel artım göstərərək nominal ifadədə 65 dollar/barelə (2015-ci ilin qiymətləri ilə 60 dollar/barel) çatacaq. "Bu ehtimallar neft bazarında vəziyyətin tədricən yaxşılaşmasına əsasən verilib", - deyə hesabatda bildirilib.
 
Kartelin ekspertləri hesab edirlər ki, bu qiymətləndirmələr proqnoz deyil və OPEC ölkələrinin arzuladığı neft qiymətləri hesab edilməməlidir: "Bu, sadəcə ehtimallardır və bunun əsasında OPEC-in analitikləri proqnozlar hazırlayırlar".
 
Qeyd edək ki,  OPEC nefti təşkilata üzv olan ölkələrin bütün neft markalarının bazar qiymətinin orta arifmetik qiyməti hesab olunur. /

Google+ WhatsApp ok.ru