OPEC+ yeni neft sazişinin detallarını açıqladı

OPEC+ yeni neft sazişinin detallarını açıqladı

Neft hasilatının sutkada 9,7 milyon barel azalmasından sonra OPEC+ ölkələri 2020-ci ilin ikinci yarısında hasilatı 7,7 milyon barel azaldacaqlar.
 
Maide.Az Sputnik-ə istinadla xəbər verir ki, bu barədə alyansın kommünikesində deyilir.
 
Bundan sonra iştirakçılar hasilatı 2022-ci il aprelin sonuna qədər sutkada 5,8 milyon barel azaltmağı planlaşdırırlar.
 
Bundan başqa qeyd edilir ki, OPEC+ ölkələri 2021-ci ilin dekabrında yeni sövdələşmənin uzadılması imkanını nəzərdən keçirəcəklər.
 
OPEC+ ölkələri bir qədər öncə neft hasilatının azaldılması ilə bağlı yeni sövdələşmə barədə razılığa gəliblər. Meksikanın narazılığı səbəbindən danışıqlar dörd gün uzanıb, lakin nəticədə ölkə hasilatı 100 min barel azaltmağa razılaşıb. Meksikanın nümayəndələrinin xahiş etdiyi kimi, qalan 300 min bareli ABŞ kompensasiya edəcək.
 
 

Google+ WhatsApp ok.ru