OPEK etiraf etdi: Daha neftin qiymətlərini qoruya bilməyəcəyik

OPEK ötən ilin iyun ayından azalmaqda olan neftin dünya qiymətlərini daha qoruya bilməyəcək. Bu barədə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) energetika naziri Suhail əl-Məzrui bildirib.
 
Onun sözlərinə görə, hazırda Şimali Amerikada şist neftinin hasilatını azaltmaq lazımdır.
 
“Biz müəyyən qiymətin qorunub-saxlanılmasını davam etdirə bilmərik”, - deyə, əl-Məzrui bildirib və vurğulayıb ki, bazarda yaranmış neft artıqlığı böyük miqdarda hasil olunan şist nefti ilə bağlıdır.
 
Qeyd edək ki, çərşənbə axşamı Brent markalı neftin qiyməti 3% azalaraq, bir barelə görə 46 dollar təşkil edib.
 
Belə ki, 11:30-a olan məlumata görə, Brent-in qiyməti 4,12% - bir barelə görə 45,55 dollaradək azalıb. WTI markalı yüngül neftin qiyməti isə 2,97% azalaraq, bir barelə görə 44,74 dollar (2009-cu ilin aprelindən indiyədək ən minimal qiymət) təşkil edib.

Google+ WhatsApp ok.ru