OPEK prezidentinin qardaşı qaçırıldı

Naməlum silahlı şəxslər Nigeriyanın cənubunda ölkənin neft naziri, neft ixracatçısı ölkələr təşkilatının (OPEK) fəaliyyətdə olan sədri Diezani Alison-Maduekenin kiçik qardaşı Cozef Aqamunu qaçırıblar. Musavat.com xəbər verir ki, məlumatı "Rossiya 24" telekanalı yayıb. 
 
Hüquq-mühafizə orqanlarının məlumatına görə, Aqamu Yenaqoa şəhərində qaçırılıb. Onu qaçıranların şəxsiyyətini müəyyənləşdirmık mümkün olmayıb. Nigeriyada fəaliyyət göstərən cilahlı qruplaşmaların heç biri məsuliyyəti üzərinə gtürməyib. 
 
Müşahidəçilər bildirirlər kİ, Nigeriyada adamların fidyə qarşılığında qaçırılmasına tez-tez rast gəlinir. Tanınmış siyasətçi və məmurların qohumlarının da qaçırılması adi hala çevrilib. 
 
Diezani Alison-Madueke OPEK prezidenti vəzifəsini 1 yanvar 2015-ci ildən bir illik tutub. O, təşkilatın tarixində ilk qadın sədrdir. /

Google+ WhatsApp ok.ru