İordan çayının qərb sahilinində ümumi tətil keçirilir - Foto

İordan çayının qərb sahilinində ümumi tətil keçirilir - Foto

-- ABŞ prezidenti Donald Trampın Qüdslə bağlı qərarına etiraz etmək üçün...

ABŞ prezidenti Donald Trampın Qüdslə bağlı qərarına etiraz etmək üçün İordan çayının qərb sahilində ümumi tətil başlayıb.

Maide.Az  "eastnews"-a istinadən xəbər verir ki, İordan çayının qərb sahilində olan şəhərlər arasında nəqliyyat dayandırılıb, şirkətlər, banklar, ticarət mərkəzləri və digər iş yerləri də qapılarını bağlayıb.

Rayonda təhsilə də ara verilib. Fələstinli qruplar əhalini gün ərzində şəhər mərkəzlərində toplaşaraq, İsrailə məxsus hərbi nöqtələrə doğru yürüşə çağırıb.

Fələstinli gənclər isə İordan çayının qərb sahilinin müxtəlif yerlərində nəqliyyat vasitələrinin hərəkətini əngəlləmək məqsədilə yolları daşlarla bağlayıblar.

Xatırladaq ki, Trampın Qüdslə bağlı qərarını açıqlamasından sonra fələstinli tərəflər etiraz məqsədilə ümumi tətil çağırışı etmişdi. ABŞ prezidenti Tramp 6 dekabrda Qüdsü "İsrailin paytaxtı" olaraq tanıdığını və Təl-Əvivdəki səfirliyin Qüdsə daşınması üçün Xarici İşlər Nazirliyinə göstəriş verdiyini açıqlamışdı. Yaxın Şərq turu çərçivəsində dünən İsrailə gedən ABŞ vitse-prezidenti Mayk Pens ABŞ-ın Təl-Əvivdəki səfirliyinin 2019-cu ili başa çatmadan Qüdsə köçəcəyini bildirmişdi. 

 

Google+ WhatsApp ok.ru