İordaniyada daşqınlar nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb

İordaniyada daşqınlar nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb

İordaniyanın qərbindəki Ölü dəniz bölgəsində baş verən sel və daşqınlar nəticəsində 18 nəfər həlak olub. 
 
Maide.Az “dunyabulteni”-ə istinadla xəbər verir ki, dünyadakı ən əhəmiyyətli turistik və tarixi yerlərdən olan Ölü dəniz bölgəsində güclü yağışlar sel və daşqınlara səbəb olub. 
 
Hadisə nəticəsində 18 nəfər ölüb, 34 nəfər yaralanıb. Ölənlərin əksəriyyəti məktəblidir. 
 
Fəlakət səbəbiylə Kral Abdullah,  Bəhreyn səfərini ləğv edib.
 
Axtarış-xilasetmə işləri aparılır.
 

Google+ WhatsApp ok.ru