İordaniyada etiraz aksiyasını gözyaşardıcı qazla dağıdıblar

İordaniyada etiraz aksiyasını gözyaşardıcı qazla dağıdıblar

İordaniyanın təhlükəsizlik qüvvələri bu gün hökumətin siyasətinə etiraz əlaməti olaraq və Konstitusiya islahatları aparılması tələbi ilə küçələrə axışan nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.
 
Əmmandakı etirazlara ölkənin müxtəlif bölgələrindən gələn, təxminən, 2 min nəfər toplaşıb.
 
Etirazçılar həmçinin siyasi məhbusların azad edilməsini, parlamentin buraxılmasını, hökumətin və konstitusiyalı monarxiyanın dəyişdirilməsini, habelə "həddindən artıq vergilərdən" imtina edilməsini tələb ediblər.
 
Təhlükəsizlik qüvvələrinin gözyaşardıcı qazdan istifadə etməsinə baxmayaraq, etirazçılar kordonu keçməyə nail olublar. Etirazlar zamanı 5 hüquq-mühafizə orqanı əməkdaşı xəsarət alıb, 5 etirazçı soyuq silah gəzdirdiyinə görə saxlanılıb.
 
Yerli KİV etiraz aksiyalarında keçmiş və indiki deputatların da iştirak etdiklərini yazıb. /Report /
 

Google+ WhatsApp ok.ru