İordaniyada fələstinlilər və Qüdsə dəstək aksiyası keçirilib

İordaniyada fələstinlilər və Qüdsə dəstək aksiyası keçirilib

İordaniyada minlərlə insan  cümə namazından sonra İsrailin fələstinlilərə aid torpaqların işğal etməsinin ildönümü "Torpaq Günü" münasibətilə  etiraz aksiyası keçirilib. 
 
Maide.Az xəbər verir ki, aksiyada sionist rejimin Fələstin məsələsini unutdurmağa çalışması pislənilib və Qəzza müqavimətinə dəstək nümayiş olunub. 
 
Etirazçılar  işğalçı İsral rejimin səfirinin İordaniyadan  çıxarılması və bu ölkənin işğalçı rejimdəki səfirinin geri çağırılmasını tələb edib.  
 
Etirazçılar həmçinin sionist rejimlə münasibətlərin normallaşmasına çalışanları pisləyib, Qüdsün və Məscidi Əqsanın  nicatı üçün  ərəblərin və Fələstinlilərin birgə çalışmasını istəyiblər. 
 
Qeyd edək ki, sionist rejimin 30 Mart 1967-cı ildə fələstinlilərə aid torpaqları işğal etməsi hər il "Torpaq Günü" kimi anılır. Bu gün tarixi Fələstin torpaqlarında qurulan İsrail işğalına müqavimətin simvolu halına gələn Torpaq Gününün qırx üçüncü il dönümüdür.
 
Fələstinin Statistika Mərkəzinin 2015-ci ilin martında verilmiş məlumatlarına görə, işğalçı İsrail, 27 min kv. m-lik Fələstin torpaqlarının 85 faizini işğal edib, fələstinlilərə bu sahənin yalnız 15 faizi qalıb.
 
BMT Təhlükəsizlik Şurasının etirazlarına baxmayaraq işğal altındakı Fələstin torpaqlarında tikilən yəhudi yaşayış məntəqələri də gündən-günə genişlənməyə davam edir. Bu məlumatların dərc olunduğu 2015-ci ildən bəri İsrail, Fələstin torpaqlarında yerləşən yəhudi yaşayış yerlərində minlərlə yeni binalar inşa edib.
 
İsrailin bu qeyri-qanuni yaşayış yerlərini genişləndirmək siyasəti, fələstinlilər üçün öz vətənlərindəki həyat sahələrinin davamlı şəkildə məhdudlaşması deməkdir.

Google+ WhatsApp ok.ru