İordaniyada sualtı hərbi muzey açılıb

İordaniyada sualtı hərbi muzey açılıb

 
İordaniyanın Əqəbə liman şəhərində açılan hərbi muzey dünyanın ən qeyri adi muzeyi adını almağa iddialıdır.
 
Maide.Az "islam.ru"ya istinadla xəbər verir  ki, muzeyin bütün eksponatları suyun altında yerləşdirilib.
 
Tanklar, təyyarələr, zirehli hərbi maşınlar, zenit qurğuları və s. hər bir avadanlıq Qırmızı dənizin 28 metr dərinliyində düzülüb.
  
Qeyd edilir ki, muzeyi ilk növbədə suyun dərinliyində üzmək həvəskarlarının diqqətinin cəlb etməyə hesablanıb.
 
Əqəbə şəhəri Qırmızı dənizin şimalında yerləşən liman şəhəridir.  Bu şəhər dünya üzrə suyun dərinliklərində saatlarla üzən həvəskarlar və  dalğıclar arasında böyük polpulyarlığa malıkdir.

Google+ WhatsApp ok.ru