İordaniyada xalq Sionist rejimdən qaz alışı müqaviləsinə etiraz edildi

İordaniyada xalq işğalçı İsraildən mavi yanacaq almaq üçün imzalanmış  müqaviləyə etiraz edib.
Maide.az-ın Əl-Məyadin kanalına istinadən məlumatına görə, aksiyaçılar  əllərində İordaniya hökumətini tənqid edən plakatlar daşıyaraq elan ediblər ki,İsraildən qaz almaq üçün memorandumun imzalanması  İordaniyanın milli hakimiyyətini pozmaq deməkdir..
Onlar İsrailin İordaniyadakı səfirinin qovulmasını tələb ediblər.
Bu müqaviləyə əsasən , İordaniya 30 il müddətində 15 milyard dollar ödəməklə Sionsit rejimdən 45 milyard kub metr qaz almalıdır. / 
 

 

Google+ WhatsApp ok.ru