İordaniyada yüzlərlə insan şaurmadan zəhərlənib

İordaniyada yüzlərlə insan şaurmadan zəhərlənib

İordaniyada 700-dən çox insan restoranda keyfiyyətsiz şaurmadan zəhərlənib.
 
“Report”un məlumatına görə, bu barədə “Petra” nəşri bildirib.
 
Krallığın Səhiyyə Nazirliyində bildiriblər ki, müəssisənin mətbəxində soyudan blok işləməyib və yeməklər zəruri təhlükəsizlik qaydalarına riayət etmədən hazırlanıb.
 
Ölkənin səhiyyə naziri Səəd Jaber bildirib ki, zərərçəkənlərin əksəriyyətinin vəziyyəti normaldır, amma beş yaşlı uşaq ölüb.
 
İlkin məlumatlara görə, yüzlərlə insanın xəstəxanalara düşməsinə səbəb xarab olmuş sous olub. Restoran istintaq tədbirləri ilə əlaqədar bağlanıb.
 

Google+ WhatsApp ok.ru