Ordusu olmayan dövlətlər – Siyahı – Fotolar

Dünya bir neçə ölkə var ki, onların ordusu yoxdur.
Maide.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, həmin ölkələr ya kiçik olduqlarına görə, ya okeanın ortasında yerləşdiyinə görə, ya da daxili çaxnaşmalara görə orduya sahib deyillər.
Ordusu olmayan və digər böyük dövlətlər tərəfindən müdafiəsi təşkil edilən ölkələrin siyahısını təqdim edirik:
1. Vatikan – İsveçrə keşikçilərinin yalnız mərasimlər üçün xidmət apardığı Vatikanda hərbi qüvvə yoxdur.
2. Nauru – Bu ölkənin müdafiəsini Avstraliya edir.
3. Kosta Rika – 1948-ci ildə baş verən 44 günlük daxili müharibədən sonra Kosta Rika ordunun bütün əsgərlərini tərxis etdin. Həmin vaxtdan bu günə qədər bu ölkədə ordu yoxdur.
4. Samoa – Yeni Zelandiya bu ölkənin hərbi müdafiəsini təşkil edir.
5. Qrenada – 1983-cü ildə ABŞ işğalından sonra Qrenadada hərbi qüvvələr qalmayıb.
6. Mavritus – Burada bütün təhlükəsizlik işlərini polislər həyata keçirir.
7. Marşal Adaları – Bu ölkəni ABŞ hərbi dəniz qüvvələri müdafiə edir.
8. Kiribati Cümhuriyyəti – Burada hərbi qüvvə saxlamaq qadağndır.
9. Palau Palau – Bu ölkənin də müdafiəsini ABŞ həyata keçirir.
10. Lixtenşteyn – 1868-ci ildə 80 nəfərlik olan ordu tərxis olunduqdan sonra, bu ölkənin bitərəf siyasəti davam edir./

Google+ WhatsApp ok.ru