Orqan transplantasiya ilə bağlı Azərbaycanda xəstələrin üzləşdiyi çıxılmaz dalan

Orqan transplantasiya ilə bağlı Azərbaycanda xəstələrin üzləşdiyi çıxılmaz dalan

Azərbaycan qanunvericiliyinə görə, ağır xəstəliklərdən əziyyət çəkən və orqan transplantasiyasına (köçürmə) ehtiyac duyan insanlara yalnız  qohumlar donor ola bilərlər. Digər şəxslərin donor olması isə qanunvericiliklə qadağan edilir. Bu qanunun tətbiqi orqan mafiyasının və alverinin qarşısının alınması üçün həyata keçirilir. Bu məsələdə diqqət çəkən məqam ondan ibarətdir ki, xəstənin yaxınları donor ola bilmədikdə, çarəsizlik yaranır və problemlər ortaya çıxır. Yəni qanunvericilik kənar şəxsin donor olmasına icazə vermirsə, belə çıxır ki, xəstə ölməlidir.
 
Maide.Az bildirir ki, Mövzunu “İslaminSesi” nə şərh edən tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, Azərbaycanda donor haqqında qanun layihəsi müzakirə edilsə də, bu proses sona çatdırılmadı: “ Qanunvericiliyə görə, donor xəstənin ən yaxın qohumları olmalıdır. Digər variantlara icazə verilmir. Çünki bu variantlar kriminal məsələlərə ( orqan qaçaqmalçılığına, orqan mafiyasına) yol açır”.
 
Adil Qeybullanın sözlərinə görə, əslində bu problemdən çıxış yolu ölkədə donor bankının yaradılmasıdır: “Donor bankı mövcud olmadığına görə, bu cür çətinliklər ortaya çıxır. Lakin vətəndaşlar xarici dövlətlərə üz tutaraq donor bankından istifadə edib orqan köçürməsi edə bilərlər. Lakin xarici ölkələrdə bu proses olduqca baha başa gəldiyindən, hər kəsin maddi imkanı yetmir”.
 

Google+ WhatsApp ok.ru