Orta hesabla Yəməndə hər həftə 123 dinc sakin öldürülüb

Orta hesabla Yəməndə hər həftə 123 dinc sakin öldürülüb

2018-ci ilin avqust – oktyabr ayları ərzində Səudiyyə Ərəbistanın Yəmənə təcavüzü nəticəsində 1500 yəmənli şəhid olub. 
 
Maide.Az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Yəməndə Birləşmiş Millətlər Təşkilatının (BMT) qaçqınlar üzrə ali komissarlığının sözçüsü Şabia Mantoo deyib. 
 
Ş.Mantoo  bildirib ki, orta hesabla Yəməndə hər həftə 123 dinc sakin öldürülüb. 
 
Sözçü 3 aylıq dövrdə meydana gələn 670 silahlı zorakılıq hadisəsinin 1478 adamın ölümünə və yaralanmasına səbəb olduğunu qeyd edərək, bu dövrdə  həyatını itirənlərin  33 faizinin uşaq və qadınlar olduğunu vurğulayıb.  
 
Yəməndə  evlər və xəstəxanalar amansız hücumlara məruz qalır.  BMT-nin  Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına görə,  ötən üç ayda həyatını itirənlər və yaralananların 23 faizi  öz evlərində hücumlara məruz qalıb. 
 
Qeyd edək ki, artıq 5 ildən çoxdur ki, Yəmən ABŞ və Sionist rejimin diktəsi ilə regionda Səudiyyə Ərəbistanının başçılığı altında yaradılmış koalisiya qüvvələrinin hücümlarına məruz qalır. Onsuz da humanitar vəziyyətin acınacaqlı olduğu Yəmən, bu hücumlardan sonra sosial partlayışın son həddinə çatıb.
 
Amansız hücumlar nəticəsində 85 min yəmənli həyatını itirib və ya yaralanıb.  Öldürülənlərdən 16 min nəfəri dinc sakinlərdir.  8,4 milyon nəfərin aclıq həddinə yaxınlaşdığı bildirilir.
 

Google+ WhatsApp ok.ru