Orta məktəbdə yanğın olub

Orta məktəbdə yanğın olub

Qəbələ rayonunun Vəndam qəsəbəsində yanğın olub.
 
Maide.Az bildirir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən verilən məlumata görə, ümumi sahəsi 245 m2 olan birmərtəbəli orta məktəb binasının (hazırda fəaliyyət göstərmir) dam örtüyünün yanar konstruksiyaları 70 m2 sahədə yanıb.
 
Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Google+ WhatsApp ok.ru