Orta məktəblərdə 5 gün dərs olmayacaq

Orta məktəblərdə 5 gün dərs olmayacaq

Azərbaycanda fəaliyyət göstərən məktəblərdə payız tətilinə sayılı günlər qalıb.
 
Modern.az xəbər verir ki, noyabrın 16-dan ümumi təhsil müəssisələrində 2019-2020-ci tədris ili üzrə payız tətili başlayır. 
 
“Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən, 16-20 noyabr tarixlərində respublikanın ümumtəhsil məktəblərində beş günlük payız tətili olacaq.
 
Qeyd edək ki, məktəblərdə tədris ilinin beş günlük növbəti - qış tətilinin müddəti isə 27-31 yanvarda nəzərdə tutulub.
 
Xatırladaq ki, 1-5 mayda ibtidai siniflər üçün beş günlük əlavə yaz tətili müəyyən edilir.
 

Google+ WhatsApp ok.ru