Oruc tutarkən susamamaq üçün nə etmək lazımdır?

Oruc tutarkən susamamaq üçün nə etmək lazımdır?

-- həkimin məsləhəti

Məşhur türkiyəli həkim Fevzi Özkönül Ramazan ayında oruc tutanların susamaması üçün vacib məsləhətlər verib.
 
Maide.Az “Habertürk”ə istinadən həkimin məsləhət gördüyü üsulları təqdim edir:
 
 - Təbii mədən suyu içmək – Bu su tərkibindəki minerallar sayəsində orqanizmin daha sağlam olmasına kömək edir. Həmçinin, uzun müddət susuzluğa qarşı müqavimət yaradır.
 
- Yemiş, qarpız və şaftalı kompotu – Bunların tərkibində bol su olur. Yeyildiyi zaman isə içindəki suyu qısa müddətdə atmır. Nəticədə susuzluq hissini gecikdirir.
 
- Xiyar və pomidor – Tərkibinin 95 faizi sudan ibarət olan bu tətəvəzlər də Ramazan süfrələrindən əskik olmamalıdır.
 

Google+ WhatsApp ok.ru