Oruc tutarkən tez-tez başgicəllənməsi olursa... - Bunları edin

Oruc tutarkən tez-tez başgicəllənməsi olursa... - Bunları edin

-- Bu tip narahatlığı olanlar...

Ramazan ayında 16-17 saat oruc tutanların tez-tez qarşılaşdığı probelmlərdən biri başgicəllənməsidir.
 
Maide.Az “Haber7.com”a istinadən xəbər verir ki, bunun ən böyük səbəbi bədəndə maye miqdarının kifayət qədər olmamasıdır.
 
Buna görə də iftardan imsaka qədər mümkün olduğu qədər maye qəbul etməyə diqqət edilməlidir. Həmçinin, meyvələrə də üstünlük verilməlidir.
 
Çox duzlu qidalar isə məsləhət görülmür.
 
Bundan başqa, baş gicəllənməməsi üçün anidən ayağa qalxmayın. Bu anda bədənin müvazinəti itə bilir. Yüksək yerlərdən aşağı baxmaq da tövsiyə edilmir.
 
Bu tip narahatlığı olanlar uzanaraq bir neçə dəqiqə ayağını maili vəziyyətdə yuxarıda saxlamağa çalışsın. Nəticədə təzyiq normallaşacaq və başgicəllənməsini azaldacaq.
 

Google+ WhatsApp ok.ru