Oruc tutmayan şəxsə su vermək olarmı?

Şıxəliyev Ramil: Oruc olarkən, bir başqası içməli su istəsə, vermək olarmı?

Cavab: Digərinə su və ya yemək vermək orucu batil etmir. Amma Ramazan ayında üzürsüz səbəbdən oruc tutmayan şəxsə oruc adamın su və ya yemək verməsi ayın hörmətinə bəyənilmir, lakin su və ya yemək verə bilər.

Google+ WhatsApp ok.ru