Osloda ən məşhur ad 'Məhəmməd'dir

Osloda ən məşhur ad 'Məhəmməd'dir

Norveç Statistika İdarəsinin açıqladığı hesabata görə, 2019-cu ildə Osloda dünyaya gələn oğlan uşaqlarına 11 ildir olduğu kimi yenə də ən çox verilən ad "Məhəmməd"dir.

 
Ümumilikdə Norveçdə isə oğlan uşaqlarına ən çox verilən ad "Yakob"dur. Bu addan sonra "Lukas" və "Filip" gəlir.
 
Oğlan uşaqlarını 20 faizinə "İncil"də adı çəkilən müqəddəs şəxslərin adlarının verilməsi diqqət çəkib.
 
"Məhəmməd" adı 2017-ci ildə İsveçin Malmö şəhərində də ən çox verilən ad olmuşdu. Eyni ildə İngiltərədə və Uelsdə "Məhəmməd" adı ən çox istifadə edilən adların ilk onluğuna daxil olmuşdu. /faktxeber
 

Google+ WhatsApp ok.ru