Oğurluq üçün girdiyi evdən çıxa bilməyən şəxs polisdən yardım istəyib

Oğurluq üçün girdiyi evdən çıxa bilməyən şəxs polisdən yardım istəyib

Hollandiyada oğurluq etmək üçün girdiyi bir binada bağlı qalan oğru, polis kömək xidmətinə zəng edərək, kömək istəyib.
 
Hadisə, şənbə günü gecəsi Hollandiyanın cənubunda yerləşən Limburg ştatındakı Nederweert şəhərində baş verib.
 
Səhərə yaxın oğurluq etmək üçün binaya girən oğru, təhlükəsizlik sisteminin işə düşməsi nəticəsində içərdə bağlı qalıb.
 
Səhər 04:30 radələrində, polis yardım xidmətinin də bağlı olduğu 112-ə zəng edən oğru xilas edilməsini istəyib.
 
Binadan çıxa bilməməsi ilə bağlı müxtəlif bəhanələr irəli sürən adam, sorğu mərkəzindəki polisi inandıra bilməyib. Nəhayət ki, o, oğurluq etmək üçün içəri girdiyini etiraf edib.
 
Polis dəstəsi hadisə yerinə gəldikdən sonra, oğru evdən çıxardılaraq polis şöbəsinə aparılıb.
 
Sərxoş olduğunu bildirən oğru, izahat verdikdən sonra sərbəst buraxılıb.
 
Hadisəni sosial media hesabından paylaşan Limburg ştatının polisi "Bəzən bizim işimizi çox asanlaşdırırlar. Kaş ki, müqəssirləri tutmaq həmişə bu qədər asan olsa", yazıb. (bbc)
 

Google+ WhatsApp ok.ru