Oxfam: “Hudeyda şəhərində yarım milyon insan təhlükədədir”

Oxfam: “Hudeyda şəhərində yarım milyon insan təhlükədədir”

-- 80 min dinc sakin şəhəri tərk edib

Oxfam beynəlxalq yardım təşkilatı Yəmənin Hudeyda şəhərində yarım milyon insanın su, ərzaq və səhiyyə baxımdan əziyyət çəkdiyini açıqlayıb.
 
Maide.Az "deyerler.org"-a istinadən xəbər verir ki, Oxfam Yəmənin Hudeyda şəhərində baş verən qarşıdurmalardan sonra minlərlə dinc vətəndaşın bölgəni tərk etməyə məcbur qaldığını bildirib.
 
Oxfam-ın bəyanatına əsasən, Səudiyyə rejiminin təcavüzkar hücumlarından sonra, 80 min dinc sakin şəhəri tərk edib. Bəyanatda Hudeydada vəba təhlükəsinin artdığı da qeyd olunub.
 
Oxfamın Yəmən üzrə direktoru Möhsün Siddiqey belə bir açıqlama ilə çıxış edib: “600 min insanın taleyi həqiqətən təhlükədədir. Çünki Hudeyda şəhəri həqiqi bir təzyiq və qorxu altındadır. Bu yalnız böyük miqyaslı itkilərlə nəticələnəcək. Əsl qorxu, bunun yalnız həyatın geniş itkisinə yol açacaq bir hücuma başçılıq etməsidir. Hudeyda şəhərinin bir qəbiristanlığa çevrilməsinə imkan vermək olmaz. Bu dağıntıları dayandırmaq üçün hələ də vaxt var”.
 
Hudeyda limanı ölkəyə idxal edilən ərzaq və dərmanların çoxunu təmin edən əsas liman olduğu üçün limanın zərər görməsi aclıq sərhədində olan 8 milyondan çox insanın həyatını daha da təhlükəli vəziyyətə sala bilər. Buna baxmayaraq, Səudiyyə rejimi liman şəhərinə hücumları dayandırmaq istəmir. 

Google+ WhatsApp ok.ru